Rusiya XİN rəhbəri: Qərb ölkələri “qırmızı xətləri” keçməyə davam edir

Tarix: 18 Apr 2026 14:08

Rusiya xalqının səbri var, amma o tükənə bilər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov V Antalya Diplomatiya Forumunda çıxışında bildirib.

“Biz deyirik ki, “Allah səbr etdi və bizə səbr etməyi əmr etdi”. Amma bir məqamda səbr tükənir”, - Lavrov deyib.

O qeyd edib ki, Qərb ölkələri, məsələn, Ukrayna dronlarının Rusiyaya qarşı zərbələr endirmək üçün öz hava məkanlarından istifadə etməsinə icazə verməklə getdikcə daha çox “qırmızı xətləri” keçməyə davam edir.

XİN rəhbəri Rusiyanın buna cavab verməsi üçün imkanının olduğunu vurğulayıb.

Fərid Əkbərov Rusiya xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumu Qərb

Xəbər Lenti