Lavrov: Qərb keçmiş Sovet respublikalarının Rusiya ilə münasibətlərini kəsməyə çalışır

Tarix: 18 Apr 2026 14:05

Qərb emissarları keçmiş Sovet respublikaları da daxil olmaqla, digər dövlətləri Rusiya ilə münasibətləri kəsməyə təhrik edirlər.

APA xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov V Antalya Diplomatiya Forumunda bildirib.

Lavrov Rusiyanın onlardan fərqli olaraq, belə hərəkət etmədiyini vurğulayıb.

“Biz NATO üzvü olan ölkələrin ərazilərində o tərəf-bu tərəfə qaçmırıq — nə səfirlərimiz, nə də digər nümayəndələrimiz mövcud şəraitdə Avropa ölkələrində belə davranır. Biz Qərbin, xüsusilə ABŞ və avropalıların Bayden dövründən başlayaraq bu gün də davam etdirilən siyasətini təkrarlamırıq. Onlar qonşu ölkələrə, bizimlə bir vaxtlar eyni imperiyanın və Sovet İttifaqının tərkibində olmuş ölkələrə səfər edərək, həmçinin Rusiya ilə müxtəlif müqavilələr əsasında iqtisadiyyat, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə və gömrük sahələrində əməkdaşlıq edən dövlətlərə təsir göstərməyə çalışırlar”, — Rusiya XİN rəhbəri qeyd edib.

İlqar Xudiyev Lavrov Rusiya Avropa NATO keçmiş sovet ölkələri

Xəbər Lenti