Şənbə, 18 Aprel, 2026
Tarix: 18 Apr 2026 13:44
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivier Jean Patrick Nduhungirehe ilə görüşüb.
APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən görüş zamanı iki ölkə arasında ikitərəfli, həmçinin çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Coğrafi məsafəyə baxmayaraq, ölkələr arasında əməkdaşlığın inkişafının gündəmdə olduğu qeyd edilib və bu istiqamətdə siyasi məsləhətləşmə mexanizminin prosesə müsbət töhfə verdiyinə dair inam ifadə olunub.
Firuzə Vahid Ceyhun Bayramov XİN Ruanda