Şənbə, 18 Aprel, 2026
Tarix: 18 Apr 2026 15:22
Omanın şimal-şərqindən təxminən 20 dəniz mili məsafədə SEPAH-a məxsus iki hərbi qayıq bir tankerə yan alıb.
APA xəbər verir ki, Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyini - UKMTO-nun məlumatına əsasən, radio vasitəsilə hər hansı xəbərdarlıq etmədən tankerə atəş açılıb.
Hadisə zamanı ekipajın xəsarət almadığı bildirilir.
***
14:53
Bu gün Hörmüz boğazını keçməyə çalışan ən azı iki ticarət gəmisi atəşə tutulub.
Bu barədə “Reuters” dəniz təhlükəsizliyi və gəmiçilik mənbələrinə istinadən məlumat yayıb.
Hadisə zamanı gəmilərin nə dərəcədə zərər görməsi və insidentin nəticələri hələlik dəqiq müəyyən edilməyib.
Dənizçilik və təhlükəsizlik üzrə üç mənbə bildirib ki, insident boğazdan keçid zamanı baş verib.
Lakin hücumun kim tərəfindən həyata keçirildiyi və ya hansı şəraitdə baş verdiyi barədə əlavə detallar açıqlanmayıb, araşdırma aparıldığı bildirilib.
İlqar Xudiyev Hörmüz boğazı gəmi atəş İran ABŞ