Şənbə, 18 Aprel, 2026
Tarix: 18 Apr 2026 15:01
Ukrayna ordusu Rusiyanın neft emalı sənayesinə aid dörd mühüm obyektə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hücumun hədəfləri Rusiya Samara vilayətindəki “Novokuibışevsk” və “Sizran” neft emalı zavodları, Leninqrad vilayətində “Lukoil-2” neft yükləmə terminalı və Krasnodar diyarında “Tixoretsk” neft nasos stansiyası olub.
Ukrayna tərəfi bildirib ki, bu obyektlər Rusiya Silahlı Qüvvələrinin təminatında istifadə olunur.
İlqar Xudiyev Ukrayna Rusiya neft emalı obyektlərinə zərbə