İran XİN rəhbərinin müavini ABŞ-la növbəti danışıqların tarixinin hələ müəyyən edilmədiyini deyib

Tarix: 18 Apr 2026 14:32

ABŞ-la danışıqlarda razılaşma üçün irəliləyiş var, amma maneələr də qalmaqdadır.

APA-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə bildirib.

Sədi Xətibzadə ABŞ-la aparılan danışıqların növbəti raundunun tarixinin hələ ki müəyyən edilmədiyini vurğulayıb.

Onun sözlərinə görə, çərçivə sazişi üzrə razılıq əldə olunmadan konkret tarix təyin etmək mümkün deyil və razılaşma əldə edilən kimi bu barədə məlumat veriləcək.

Bununla yanaşı, XİN rəhbərinin müavini danışıqlarda müəyyən irəliləyişlərin əldə olunduğu qeyd etsə də, ABŞ-ın maksimalist mövqeyinin yekun razılaşmaya mane olduğunu diqqətə çatdırıb.

“İran beynəlxalq hüquqdan kənar hər hansı xüsusi statusu qəbul etməyəcək və üzərinə götürdüyü bütün öhdəlikləri məhz beynəlxalq qaydalar çərçivəsində yerinə yetirəcək”, - o əlavə edib.

Dəryanur Cəfərova İran xarici işlər nazirinin müavini Səid Xətibzadə

Xəbər Lenti