Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi görüşlərin detallarını açıqlayıb

Tarix: 18 Apr 2026 20:19

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində TDT, NATO, İƏT və Aİ nümayəndələri ilə keçirdiyi görüşlərin detallarının açıqlayıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir bildirib ki, forum çərçivəsində yalnız xarici işlər nazirləri səviyyəsində 10-dan artıq ikitərəfli görüş keçirilib və bu görüşlərdə mühüm məsələlər müzakirə olunub.

“Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri ilə qeyri-formal görüş keçirildi. Çox önəmli müzakirələr aparıldı. Bilirsiniz ki, Azərbaycan D-8 təşkilatının ən yeni, lakin fəal üzvüdür. Buna baxmayaraq, üzvlük çərçivəsində artıq aktiv fəaliyyətə başlamışıq. Baş katibliklə görüş baş tutdu və orada gedən prosesləri müzakirə etmək imkanımız oldu. NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşümüz oldu, əməkdaşlıq imkanları müzakirə edildi. Avropa İttifaqından olan həmkarlarla isə Azərbaycan–Aİ gündəliyi ətrafında fikir mübadiləsi aparıldı”, – deyə Ceyhun Bayramov qeyd edib.

Dəryanur Cəfərova Azərbaycan Antalya Forumu Ceyhun Bayramov

Xəbər Lenti