, 19 Aprel, 2026
Tarix: 19 Apr 2026 11:58
Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Belarus tərəfi ABŞ ilə böyük bir razılaşmaya hazırdır, lakin bu razılaşma hər iki ölkənin maraqları nəzərə alınmaqla hazırlanmalıdır.
APA xəbər verir ki, o, bu barədə “RT” kanalına müsahibəsində bildirib.
Prezident qeyd edib ki, bizim amerikalılarla həll edilməli daha böyük məsələlərimiz var: “Bu da böyük razılaşma mövzusudur. Biz bu razılaşmanı hazırlayan kimi, ABŞ prezidenti Donald Trampla görüşməyə və bu sazişi imzalamağa hazırıq”.
Dövlət başçısı vurğulayıb ki, bu razılaşmada hər iki tərəfin maraqları nəzərə alınmalıdır: “Saziş elə hazırlanmalıdır ki, həm ABŞ-ın, həm də Belarusun maraqlarını əhatə etsin”.
Lukaşenko Belarus ABŞ Tramp beynəlxalq münasibətlər siyasət razılaşma sanksiyalar diplomatiya