Tramp: “İranla sülh razılaşması bu və ya digər şəkildə baş tutacaq”

Tarix: 19 Apr 2026 19:48

ABŞ prezidenti Donald Trump bazar günü ABC News-a müsahibəsində İranla bağlı vəziyyət və sülh razılaşması barədə danışıb.

“Danışıqlar çox yaxşı olacaq,” – deyə o bildirib.

“Ya şərtləri qəbul edəcəklər, ya da problemlərlə üzləşəcəklər. Görək nə baş verir” – prezident əlavə edib.

Tramp deyib: “Onlar Hörmüz boğazından keçəcək gəmilərlə bağlı öhdəlik götürmüşdülər. Amma artıq bu öhdəliyi pozublar, çünki gəmilərə atəş açılıb. Bu, atəşkəsin pozulmasıdır. Çox ciddi pozuntudur. Görək nə olacaq. Hesab edirəm ki, hər şey yaxşı olacaq.”

Trampdan ABŞ və İran arasında sülh razılaşmasının mümkün olub-olmadığı da soruşulub. Cavab belə olub: “Sülh razılaşması olacaq. Bu və ya digər şəkildə razılaşma olmalıdır. Ya yaxşı, ya da sərt yolla buna nail olacağıq”.

Tramp ABŞ İran ABC News sülh razılaşması Hörmüz boğazı atəşkəs geopolitika danışıqlar hərbi gərginlik

Xəbər Lenti