Hakan Fidan: Türkiyə Ukrayna və Rusiya arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Tarix: 19 Apr 2026 21:26

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentlər səviyyəsində Ukrayna ilə bağlı sülh danışıqları təşkil etməyə hazır olduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

XİN rəhbəri bildirib ki, Türkiyə prezidentinin həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də Rusiya prezidenti Vladimir Putinlə görüşləri zamanı bu cür danışıqları təşkil etməyə hazır olduğunu bildirib.

"Türkiyə Ukraynadakı sülh prosesinin bütün səviyyələrdə - həm texniki, həm də rəhbərlik səviyyəsində irəliləməsinə qoşulmağa hazırdır. Biz danışıqlar üçün platforma təmin etməyə, lazımi təşkilati dəstəyi göstərməyə və tərəflər arasında konstruktiv dialoq üçün şərait yaratmağa hazırıq", - Fidan əlavə edib.

Türkiyə Hakan Fidan Ukrayna Rusiya

Xəbər Lenti