SEPAH: Tehran atəşkəsdən bəri silahlarının bərpasını və modernləşdirilməsini sürətləndirib

Tarix: 19 Apr 2026 21:05

İranın raket və pilotsuz uçuş sistemlərinin modernləşdirilməsi tempi müharibədən əvvəlki səviyyələri üstələyir.

APA xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Seyid Məcid Musəvi bildirib ki, Tehran atəşkəsdən bəri silahlarının bərpasını və modernləşdirilməsini sürətləndirib.

"Sizə bildiririk ki, ABŞ özü üçün oxşar şərait yarada bilmir və dünyanın o biri tərəfindən sursatı hissə-hissə tədarük etmək məcburiyyətində qalır", - İranın dövlət televiziyasının açıqlamasında deyilir.

SEPAH İran

Xəbər Lenti