Bazar ertəsi, 20 Aprel, 2026
Tarix: 20 Apr 2026 02:46
“ABŞ atəşkəsi pozub Oman dənizində İran ticarət gəmisinə atəş açaraq onun naviqasiya sisteminə zərər verib”.
APA xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü deyib.
O əlavə edib ki, daha sonra bir qrup silahlı dəniz piyadası xüsusi əməliyyatla gəmini ələ keçirib.
“Tehran bu dəniz quldurluğuna və ABŞ ordusunun hücumuna dərhal cavab verəcək”, - ordu sözçüsü deyib.
İran ABŞ gəmi