Bakıda qəza olub, motosikletçi ölüb

Bakıda qəza olub, motosikletçi ölüb

Tarix: 20 Apr 2026 09:29

Bakıda avtomobil motosikletlə toqquşub.

APA xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonunda baş verib.

Belə ki, Cəmil Behbudov idarə etdiyi “Mercedes E-280” markalı avtomobillə Qala-Şüvəlan yolunda hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Vüqar Əşrəfzadə idarə etdiyi motosikletlə toqquşub.

Qəza nəticəsində Vüqar Əşrəfzadə aldığı xəsarətlərdən ölüb.

Fakt üzrə cinayət işi başlanılıb.

qəza motosiklet

Mənbə: apa.az

Xəbər Lenti