Bazar ertəsi, 20 Aprel, 2026
Tarix: 20 Apr 2026 11:23
Gərginliyin azaldılması üçün bütün mümkün diplomatik yollardan istifadə etmək lazımdır.
IRNA-nın xəbərinə görə, bunu İran Prezidenti Məsud Pezeşkian Ədliyyə Nazirliyində olarkən deyib.
Pezeşkian qeyd edib ki, müharibə heç kəsin xeyrinə deyil.
“Eyni zamanda, təhdidlərin qarşısında möhkəm dayanmaqla gərginliyin azaldılmasında hər növ məntiqli və diplomatik yoldan istifadə etmək lazımdır. Bununla belə, düşmənə etibar etməmək danılmaz zərurətdir”, - İran Prezidenti vurğulayıb.
Toğrul Quluzadə İran Pezeşkian gərginlik