Hindistan Baş nazirinin açılışını edəcəyi neftayırma zavodunda yanğın olub

Tarix: 20 Apr 2026 14:41

Hindistanın Racastan ştatının Baltora bölgəsində “HPCL Pachpadra” neftayırma zavodunda yanğın baş verib.

“The Times of India”nın xəbərinə görə, hadisə yerinə onlarla yanğınsöndürən maşını cəlb olunub.

Ölən və ya yaralananların olduğu barədə məlumat verilməyib.

Bildirilib ki, Hindistan Baş naziri Narendra Modi zavodun açılışında iştirak etməli imiş.

Toğrul Quluzadə Hindistan zavod Modi

Xəbər Lenti