Kreml: Rusiya Yaxın Şərqlə bağlı razılığa gəlmək üçün kömək etməyə hazırdır

Tarix: 20 Apr 2026 13:55

Rusiya ABŞ-İran danışıqlarında iştirak etmir, lakin sülh yolu ilə həllin əldə edilməsinə kömək etməyə hazırdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Moskva danışıqların davam edəcəyinə və münaqişənin zorakı ssenarisinə qayıtmayacağına ümid edir.

Kremlin sözçüsünün sözlərinə görə, Yaxın Şərqdə zorakı ssenariyə qayıdış baş verərsə, qlobal iqtisadiyyat və regional təhlükəsizlik üçün nəticələr daha da pis olacaq.

O, həmçinin əlavə edib ki, Rusiya qlobal enerji bazarlarında məsuliyyətli və çox vacib oyunçu olaraq qalır və Rusiyanın enerji resurslarının həcmini görməzdən gəlmək çox çətindir.

Fərid Əkbərov Kreml Rusiya ABŞ İran

Xəbər Lenti