İran ordusu ABŞ-ın ticarət gəmisinə hücumuna cavab verilməməsinə aydınlıq gətirib

Tarix: 20 Apr 2026 12:24

İran ABŞ-ın ticarət gəmisini hədəfə almasına lazımi cavabı verəcək.

“Tasnim”in xəbərinə görə, bu barədə Xatəmül-Ənbiya Mərkəzi Qərargahı bəyanat yayıb.

Bildirilib ki, ABŞ xüsusi təyinatlılarının Oman dənizində İranın ticarət gəmisinə açıq şəkildə hücumundan sonra İran ordusu buna qəti şəkildə cavab verməyə hazır olub, lakin gəmidə çalışan əməkdaşların ailə üzvlərinin həyatının riskə atılmaması üçün təmkin nümayiş etdirilib.

Qeyd edilib ki, gəmidə çalışan əməkdaşların ailə üzvlərinin təhlükəsizliyi nəzərə alındıqdan sonra İran ordusu ABŞ hərbi qüvvələrinə qarşı zəruri tədbirləri həyata keçirəcək.

Toğrul Quluzadə İran ABŞ gəmi donanma

Xəbər Lenti