Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

Tarix: 20 Apr 2026 15:23

Qətər xarici aviaşirkətlərin Dohadakı Hamad Beynəlxalq Hava Limanı vasitəsilə ölkəyə uçuşlarının mərhələli şəkildə bərpa olunduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə Qətər Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, qərar “mövcud vəziyyətin hərtərəfli qiymətləndirilməsi və bütün aidiyyəti qurumlarla koordinasiya nəticəsində” qəbul edilib.

Bildirilib ki, bütün reyslər və əlaqəli əməliyyatlar beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçiriləcək, sərnişinlərin və personalın təhlükəsizliyi üçün zəruri ehtiyat tədbirləri tətbiq olunacaq.

İlqar Xudiyev Qətər Doha uçuşların bərpası

Xəbər Lenti