Bazar ertəsi, 20 Aprel, 2026
Tarix: 20 Apr 2026 16:17
ABŞ-ın Bağdaddakı səfirliyi İraqa səfərlə bağlı xəbərdarlığını yeniləyib.
APA xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarını İraqa səfər etməməyə və orada olan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.
Eyni zamanda, səfirlik İranla əlaqəli silahlı qrupların ABŞ vətəndaşlarına və Vaşinqtonun maraqlarına qarşı yeni hücumlar planlaşdırdığını bəyan edib.
“İraq hökuməti ilə əlaqəli bəzi elementlər terrorçu qruplara siyasi, maliyyə və əməliyyat baxımından fəal şəkildə dəstək verməyə davam edir”, - səfirliyin məlumatında deyilir.
İlqar Xudiyev İraq İran silahlı qruplaşmalar ABŞ vətəndaşları hücum təhlükəsi