Bazar ertəsi, 20 Aprel, 2026
Tarix: 20 Apr 2026 17:12
Ukrayna ordusu Rusiyanın Krasnodar diyarının Tuapse şəhərinə yenidən dron zərbəsi endirib.
APA-nın Rusiya bürosu xəbər verir ki, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.
Bildirilib ki, Ukrayna dronları bir həftədə gecə saatlarında iki dəfə Tuapse dəniz limanına hücum edib.
Hücum nəticəsində limanda yanğın baş verdiyi, dronun hissələrinin kilsəyə, yaşayış binasına və digər mülki tikililərə ziyan vurduğu qeyd edilib.
Qeyd edək ki, Tuapseyə daha əvvəl aprelin 16-da gecə saatlarında hücum olunub. Həmin vaxt bir yeniyetmə qız da daxil olmaqla, iki nəfər ölüb, yeddi nəfər yaralanıb. Eyni zamanda, PUA hücumu zamanı dəniz terminalında baş verən yanğın neft məhsullarının Tuapse çayına axmasına səbəb olub.
***
14:11
Rusiyanın Krasnodar diyarının Tuapse şəhəri yaxınlığında neft məhsulları dənizə sızıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.
Çirklənmiş ərazinin sahəsi 10 min kvadrat metr təşkil edir.
Hadisənin aprelin 16-da gecə dəniz terminalının infrastrukturuna dron hücumunun nəticəsində baş verdiyi güman edilir.
Sızmanın daha geniş areala yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.
Neft məhsullarının Tuapse çayına da sızdığı məlum olub. Lakin çayda sızmanın qarşısı alınıb.
Fərid Əkbərov Rusiya Krasnodar Tuapse şəhəri dəniz neft məhsulları dron hücumu