ABŞ Prezidenti: İranla atəşkəs bitərsə, çoxlu bombalar partlayacaq

Tarix: 20 Apr 2026 18:25

Əgər çərşənbə axşamı İranla atəşkəs başa çatarsa, çoxlu bombalar partlayacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp “PBS News”a müsahibəsində deyib.

“O zaman çoxlu bombalar partlamağa başlayacaq”, - ABŞ lideri bildirib.

Tramp İslamabadda keçiriləcəyi gözlənilən danışıqlarda İranın iştirak edib-etməyəcəyi məsələsinə də münasibət bildirib: “Bilmirəm. Onların orada olmalı olduğu deyilir. Biz razılaşmışıq ki, orada olaq, baxmayaraq ki, onlar bunu inkar edirlər. Amma bu, planlaşdırılıb. Görəcəyik orada olacaqlarmı. Əgər olmasalar, problem deyil”.

ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqtonun əsas tələbi İranın nüvə silahı əldə etməməsidir: “İranın nüvə silahı ola bilməz. Çox sadədir”.

İlqar Xudiyev Tramp ABŞ-İran danışıqları nüvə silahı atəşkəs

Xəbər Lenti