Zelenski Kiyev rəhbərliyini tənqid edib

Tarix: 20 Apr 2026 21:56

Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt rəhbərliyini yeni istilik mövsümünə hazırlığın zəif aparılmasına görə tənqid edib.

APA-nın məlumatına görə, o, “Telegram” kanalında paylaşımında bildirib ki, Kiyevdə növbəti qış üçün kifayət qədər elektrik və istilik ehtiyat mənbələrinin yaradılması ilə bağlı ciddi problemlər var.

Prezident əlavə edib ki, görülən işlər qrafikdən geri qalır və bu vəziyyət qış mövsümündə ciddi çətinliklər yarada bilər.

Ukrayna Zelenski Kiyev

Xəbər Lenti