Estoniya Rusiyadan hücum təhlükəsi görmür

Tarix: 21 Apr 2026 01:18

Estoniya və ümumilikdə NATO Rusiyadan hərbi hücum təhlükəsi görmür. "ERR" telekanalının məlumatına görə, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib.

Onun sözlərinə görə, belə iddialar nə kəşfiyyat məlumatlarına, nə də mövcud təhlükə qiymətləndirmələrinə uyğun gəlir.

Nazir vurğulayıb ki, Rusiya tərəfdən NATO və ya Baltik ölkələrinə qarşı hərbi hazırlıq əlamətləri müşahidə olunmur.

Estoniya Rusiya NATO

Xəbər Lenti