İtaliya Aİ missiyasının Hörmüzə genişləndirilməsini təklif edib

Tarix: 21 Apr 2026 01:48

İtaliya Avropa İttifaqının Qırmızı dənizdə həyata keçirdiyi “Aspides” dəniz missiyasının Hörmüz boğazını da əhatə edəcək şəkildə genişləndirilməsini təklif edir. APA xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto bildirib.

Onun sözlərinə görə, bu addım beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək və regionda sabitliyi gücləndirmək məqsədi daşıyır.

Nazir qeyd edib ki, hazırda Aİ daxilində bu məsələ ilə bağlı müzakirələr davam edir və qərar yaxın zamanda qəbul oluna bilər.

italiya hörmüz

Xəbər Lenti