ABŞ Prezidenti: İran blokada səbəbindən gündə 500 milyon dollar itirir

Tarix: 21 Apr 2026 04:44

İran limanlarına tətbiq edilən blokada səbəbindən Tehran hər gün təxminən 500 milyon dollar zərər görür.

APA xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşımında qeyd edib: “Razılıq əldə olunana qədər qaldırmayacağımız blokada İranı ciddi şəkildə zəiflədir. Onlar gündə 500 milyon dollar itirirlər ki, bu da qısa müddət üçün belə davamlı deyil”.

ABŞ Prezidenti əlavə edib ki, bəzi media orqanları “Amerika əleyhinə saxta xəbərlər” yayır və İranın üstünlük qazanmasını istəyir.

Tramp iran

Xəbər Lenti