Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 21 Apr 2026 03:52
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kəş Patel “The Atlantic” jurnalına qarşı $250 milyonluq iddia qaldırıb.
APA xəbər verir ki, o, Vaşinqton məhkəməsinə təqdim etdiyi iddiada jurnalın və məqalə müəllifi Sara Fitzpatrikin onun barəsində yaydığı məlumatların böhtan xarakterli olduğunu bildirib.
Məqalədə Patel işə qeyri-müntəzəm çıxmaqda və spirtli içkilərdən sui-istifadədə ittiham olunub. O isə bu iddiaları qəti şəkildə təkzib edərək, yazının onun reputasiyasına zərər vurmaq və vəzifədən uzaqlaşdırılmasına nail olmaq məqsədi daşıdığını qeyd edib.
FTB-nin mətbuat xidməti də məqalə dərc olunmazdan əvvəl əsas iddiaların “tamamilə yalan” olduğunu jurnalın diqqətinə çatdırdığını bildirib.
ABŞ FTB məhkəmə