Rusiyada üç turist dağdan enərkən donaraq ölüb

Tarix: 21 Apr 2026 08:44

Rusiyanın Buryatiya Respublikasında dağ yürüşü zamanı 3 turistin həyatını itirdiyi bildirilir.

Rusiya mediasının məlumatına görə, turistlər Şərqi Sayan dağlarında yerləşən Munku-Sardık zirvəsinə yürüş edən qrupun üzvləri olub. İlkin ehtimala əsasən, onların ölümünə səbəb hipotermiya, yəni bədənin həddindən artıq soyuması olub.

Qeyd olunur ki, 15 nəfərlik qrup Krasnoyarskdan Mondu qəsəbəsinə gəlib və aprelin 18-də Belıy İrkut çayı üzərindən keçməklə marşruta başlayıb. Onlar geri dönüşü aprelin 22-nə planlaşdırırmış.

Aprelin 21-nə keçən gecə qrupun bir neçə üzvü avtomobil yoluna enərək yolkənarı kafedə üç nəfərin öldüyü barədə qeyd qoyub və yenidən marşruta davam edib. Səhər saatlarında kafenin sahibi bu məlumatı xilasedicilərə çatdırıb və dərhal axtarış-xilasetmə işlərinə başlanılıb.

Buryatiya turist Rusiya

Xəbər Lenti