İsrailin müdafiə naziri "Hizbullah" liderinin etdiklərinin hesabını başı ilə ödəyəcəyini deyib

Tarix: 21 Apr 2026 11:33

İsrailin Livanda apardığı kampaniyanın əsas məqsədi "Hizbullah"ı tərksilah etmək və ölkənin şimal bölgələrinə təhlükəni tam aradan qaldırmaqdır.

İsrail mediasının xəbərinə görə, bu barədə müdafiə naziri İsrael Katz həlak olmuş hərbçilərin və terror qurbanlarının anım gününə həsr olunmuş mərasimdə bildirib.

O deyib ki, "Hizbullah"a qarşı əməliyyat hərbi və diplomatik tədbirlərin kombinasiyası vasitəsilə həyata keçirilir.

Katz qeyd edib ki, İsraillə Livan arasında atəşkəs qüvvəyə minsə də, İsrail qüvvələri Livanın cənubunda qalmaqda davam edir və zərurət yaranacağı təqdirdə, sərt addımlar atılacaq: “Əgər təhlükə yaranarsa, qoşunlarımız tam gücdən istifadə edəcək”.

Müdafiə naziri "Hizbullah" liderini də hədələyib. Katz qeyd edib ki, "Hizbullah" lideri etdiklərinin hesabını başı ilə ödəyəcək.

İlqar Xudiyev İsrail Katz Hizbullah Livan

Xəbər Lenti