Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 21 Apr 2026 11:05
ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens və digər rəsmilər İranla danışıqların ikinci raundunda iştirak etmək üçün bu gün Pakistana səfər edəcək.
Bu barədə CNN anonim mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl “Axios” İranın Ali Rəhbərinin ABŞ-la danışıqlara icazə verdiyi ilə bağlı xəbər dərc edib.
İran tərəfi isə son bəyanatlarında “təhdid altında” danışıqları qəbul etmədiyini bəyan edib.
Toğrul Quluzadə ABŞ İran danışıqlar Ceyms Devid Vens Pakistan