Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 21 Apr 2026 13:58
Kreml Fransa prezidenti Emmanuel Makron və Polşa baş naziri Donald Tuskun birgə nüvə silahı təlimləri ehtimalını müzakirə etdikləri barədə "Politico" məlumatına münasibət bildirib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov həmin məlumatın Avropanın militarizasiya və nüvələşmə ambisiyalarının olduğunu göstərdiyini söyləyib.
"Burada təfərrüatları, o cümlədən hansı konkret silahlardan və hansı ölkələrdən söhbət getdiyini dəqiqləşdirmək lazımdır. Lakin bu, bir daha şübhəsiz ki, Avropanın nüvə silahları baxımından daha da militarizasiya və nüvələşmə ambisiyalarının olduğunu göstərir. Bu, Avropa qitəsində sabitliyə və proqnozlaşdırılabilənliyə töhfə verməyən bir şeydir", - Kremlin sözçüsü vurğulayıb.
Fərid Əkbərov Putin Kreml Makron nüvə