Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 21 Apr 2026 13:50
Rusiya “Drujba” neft kəməri ilə tranziti bərpa etməyə hazırdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, hər şeyin Kiyevdən asılı olduğunu deyib:
"Hal-hazırda Rusiya tərəfi texnoloji planda buna hazırdır. Bizim Macarıstanla müqavilə öhdəliyimiz var. Lakin Kiyev tərəfindən şantaj başlayandan sonra neft kəməri ilə tədarük dayandırılıb. İndi hər şey Kiyevdən asılıdır. Onlar borunu açacaqlarmı, şantajı dayandıracaqlarmı?!".
Qeyd edək ki, “Bloomberg” agentliyi dünən mənbələrə istinadən Ukraynanın neft tədarükünün aprelin 21-də bərpa etməyi gözlədiyi barədə məlumat yayıb.
Xatırladaq ki, bu ilin fevral ayının əvvəlində Kiyev "Drujba" boru kəmərinin zədələnməsini əsas gətirərək tranziti dayandırıb. “Drujba” kəməri ilə neft alan Macarıstan və Slovakiya bu addıma kəskin reaksiya verib.
Fərid Əkbərov Kreml Rusiya “Drujba” neft kəməri