Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 21 Apr 2026 16:39
Erməni kilsəsi yoluxub və onun sağalması üçün islahata ehtiyacı var.
APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook”da seçki proqramı ilə bağlı videomüraciətində bildirib.
“Dəyərlərə əsaslanan mənəvi həyatın formalaşdırılması probleminin həlli erməni kilsəsində islahatın aparılmasını həyati vacib addım kimi tələb edir”, - Baş nazir qeyd edib.
Paşinyanın təqdim etdiyi “yol xəritəsi” kilsənin faktiki rəhbərinin vəzifədən uzaqlaşdırılmasını və yeni katolikosun seçilməsini nəzərdə tutur.
İlqar Xudiyev Paşinyan erməni kilsəsi katalikos