Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 21 Apr 2026 16:01
Bu gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç olub. APA-nın bölgə müxbiri xəbər verir ki, qəsəbəyə 17 ailə (74 nəfər) köçürülüb.
Sakinlərə evlərinin açarları təqdim olunub. ANAMA əməkdaşları tərəfindən ailələrə mina təhlükəsi ilə bağlı məlumat verilib, təhlükəli əşyalardan uzaq durmaları tövsiyə olunub.
Mərasimdə müvafiq qurumların nümayəndələri iştirak edib. Yeni sakinlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Elgün Gəncimsoy Qırmızı Bazar qəsəbəsi köç olub


