Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 21 Apr 2026 16:55
ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın imzalanacağına inanır.
O, bu barədə CNBC-yə müsahibəsində deyib.
“Düşünürəm ki, ABŞ İranla çox gözəl bir razılaşma əldə edəcək. Məncə, onların başqa seçimi yoxdur. Onların donanmasını, Hərbi Hava Qüvvələrini, liderlərini aradan götürmüşük”, - Tramp bildirib.
O, İranın hazırkı liderlərini daha rasional hesab etdiyini vurğulayıb: “Bu, rejim dəyişikliyidir, fərqi yoxdur siz bunu necə adlandırmaq istəyirsiniz”.
O, İranda rejimi dəyişdirəcəyinə dair vəd vermədiyini desə də, dolayı yolla buna nail olduğunu iddia edib.
Toğrul Quluzadə Tramp İran razılaşma