Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb

Tarix: 21 Apr 2026 18:23

Avropa İttifaqının Ermənistanda yeni missiyası yaradılıb.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilib.

Bildirilib ki, bu gün əsası qoyulan Aİ-nin Ermənistanda Tərəfdaşlıq Missiyası Ermənistanın demokratik dözümlülüyünü və böhranları idarəetmə qabiliyyətini artıracaq.

Qeyd edilib ki, sözügedən missiya Ermənistanın mediada manipulyasiya, kiberhücum və qeyri-qanuni maliyyə axını ilə mübarizəsinə dəstək verəcək.

Toğrul Quluzadə Aİ Ermənistan missiya

Xəbər Lenti