Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 21 Apr 2026 20:57
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
APA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Latviya Prezidenti Edqars Rinkeviçsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.
***
20:46
Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycanda səfərdədir.
APA xəbər verir ki, bu barədə o, “X” hesabında bildirib.
“Rəsmi səfərə başlamaq üçün Bakıya yenicə gəldim. Prezident İlham Əliyevlə görüşməyi, ikitərəfli münasibətləri daha da möhkəmləndirməyi, həmçinin regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə etməyi səbirsizliklə gözləyirəm.
Latviya və Azərbaycan yaxşı dost və strateji tərəfdaşlardır”,-deyə Latviya Prezidenti qeyd edib.
Firuzə Vahid
