Çərşənbə, 22 Aprel, 2026
Tarix: 22 Apr 2026 02:34
ABŞ administrasiyası 2027-ci maliyyə ilində NATO-ya təxminən 1,4 milyard dollar ayırmağı, eləcə də ABŞ qüvvələrinin Avropadakı infrastrukturunu dəstəkləməyi planlaşdırır.
APA xəbər verir ki, bu məlumat ABŞ Müdafiə Nazirliyinin növbəti maliyyə ili üçün dərc olunmuş büdcə təklifinə əlavə edilmiş sənədlərində öz əksini tapıb.
"2027-ci maliyyə ili büdcəsinə NATO-nun hərbi büdcəsi ilə bağlı ümumi maliyyələşdirmə tələbləri daxilində 756,7 milyon dollar daxildir", - sənəddə deyilir.
Bu, 2026-cı maliyyə ili büdcəsi ilə müqayisədə 96,1 milyon dollar çoxdur.
Bundan əlavə, növbəti maliyyə ili üçün ABŞ qüvvələrinin Avropada istifadə etdiyi infrastrukturu dəstəkləmək üçün Konqresdən 604,3 milyon dollar tələb edilir.
Beləliklə, ümumilikdə bu iki maddə üçün 1,361 milyard dollar ayrılması planlaşdırılır.
ABŞ Avropa ordu