Çərşənbə, 22 Aprel, 2026
Tarix: 22 Apr 2026 06:37
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) iştirakı olmadığı təqdirdə ABŞ və İran arasında mümkün razılaşma yalnız razılaşma illüziyası olacaq.
APA xəbər verir ki, bunu qurumun baş direktoru Rafael Qrossi bildirib.
"Əgər razılaşma əldə olunarsa, BAEA iştirak etməli və yoxlama aparmalıdır. Əks halda bu, razılaşma deyil, razılaşma illüziyasına çevriləcək. Müfəttişlər əldə edilən razılaşmalara riayət olunmasını yoxlamaq üçün orada olmalıdırlar", - Qrossi jurnalistlərə bildirib.
BAEA Qrossi ABŞ İran