“Rabitəbank”ın səhmdarları toplaşacaq

Tarix: 22 Apr 2026 09:46

Aprelin 21-də “Rabitəbank”ın səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, yığıncağın gündəliyində bankın kənar auditor tərəfindən təsdiqlənmiş 2025-ci il üzrə maliyyə hesabatının və idarəetmə hesabatının təsdiq edilməsi, səhmdarların ümumi yığıncağının əsasnaməsinin yenilənməsinin təsdiq edilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki, yığıncaq Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında, yəni Rabitəbank ASC-nin inzibati binasında baş tutacaq.

Rahim Tarıverdiyev Rabitəbank bank səhmdarlar yığıncaq

Xəbər Lenti