Çərşənbə, 22 Aprel, 2026
Tarix: 22 Apr 2026 10:44
2025-ci ildə Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub.
"APA-Economics" xəbər verir ki, bu barədə "Kapital Bank" ASC-nin sədri Fərid Hüseynov "Kapital Bank-ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planları"na dair keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, ötən il bankın tarixində ilk sindikatlaşdırılmış kredit sazişi imzalanıb. Körfəz regionunun aparıcı bankı olan “Mashreq Bank”la əməkdaşlıq çərçivəsində Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub.
Bank həmçinin, ötən il Özbəkistanın ən böyük IT ekosistemi ilə tərəfdaş olub. “Uzum” ekosisteminə daxil olan “MAKESENSE” şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırılıb. Bu əməkdaşlıqla Kapital Bank-ın tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb.
İlahə Səlimova Kapital Bank sindikatlaşdırılmış kredit bank Fərid Hüseynov