Çərşənbə, 22 Aprel, 2026
Tarix: 22 Apr 2026 11:02
1 milyondan çox Kapital Bank müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir.
"APA-Economics" xəbər verir ki, bu barədə "Kapital Bank" ASC-nin sədrinin birinci müavini Cavid Mirzəyev "Kapital Bank-ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planları"na dair keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, bank 2025-ci ildə aidiyyatı dövlət qurumları və "Bakı Kart"la əməkdaşlıq edərək oktyabr ayından etibarən ictimai nəqliyyatda ödənişlərin rəqəmsallaşmasını təmin edib:
"Xüsusən qeyd edim ki, bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Rəqəmlərlə danışsaq müştərilərimizin 1 milyondan çoxu bu həlldən istifadə edir. Bu isə bazar payının 55%-ini təşkil edir".
İlahə Səlimova Kapital Bank NFC ödəniş ictimai nəqliyyat