Çərşənbə, 22 Aprel, 2026
Tarix: 22 Apr 2026 12:38
İsrail ordusu yüksək hazırlıq vəziyyətindədir.
APA xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Yerusəlimdə Müstəqillik Günü mərasimində deyib.
Onun sözlərinə görə, İran və Livan istiqamətində mövcud olan kövrək atəşkəslərə baxmayaraq, İsrail ordusu bütün cəbhələrdə yenidən döyüşlərə qayıtmağa hazırdır.
Baş Qərargah rəisi 7 oktyabr hadisələrindən sonra ordunun davamlı döyüşlər vasitəsilə hərbi gücünü yenidən formalaşdırdığını qeyd edib.
İlqar Xudiyev IDF İsrail İran Livan Hizbullah Həmas