NATO Baş katibi: Türkiyə son illərdə müdafiə sənayesində inqilab edib

Tarix: 22 Apr 2026 13:27

Türkiyə son illərdə müdafiə sənayesində inqilab edib.

APA xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Türkiyəyə səfəri zamanı deyib.

O, NATO-nun İrandan Türkiyəyə atılmış 4 raketi zərərsizləşdirdiyini xatırladıb.

Rutte alyansın gələcəkdə də bu cür hallara hazır olduğunu bildirib.

“NATO Türkiyə və digər müttəfiqləri qorumağa davam edəcək”, - Rutte əlavə edib.

Toğrul Quluzadə Türkiyə NATO Mark Rutte

Xəbər Lenti