Rusiya TŞ: Aİ-yə mümkün üzvlük Ermənistanın iqtisadiyyatına zərər vuracaq

Tarix: 22 Apr 2026 13:22

Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü, eyni zamanda, Rusiya və İranla viza rejimində dəyişikliklər ölkəyə turist axınını azaldaraq iqtisadi sektorlara zərər vura bilər.

TASS xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib.

Onun sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması ölkənin əsas sənaye sahələrinə ciddi təsir göstərə bilər, xüsusilə metallurgiya, içki istehsalı, tütün məhsulları və qida emalı sektorlarında istehsalın 30 faizə qədər azalması ehtimal edilir.

Bununla yanaşı, Şevtsov qeyd edib ki, digər ittifaq üzvləri üçün ciddi iqtisadi zərər gözlənilmir.

İlqar Xudiyev Aİİ Ermənistan Aİ-ə üzvülük Rusiya

Xəbər Lenti