Mərkəzi Bank ödəniş təşkilatını və onun vəzifəli şəxsini cərimələyib

Tarix: 22 Apr 2026 13:21

Mərkəzi Bank “A-Solutions Elektron Pul Təşkilatı” MMC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

“APA-Economics” bu barədə AMB-yə istiandən xəbər verir.

Belə ki, tənzimləyici tərəfindən 01.09.2025 – 17.10.2025-ci il tarixlərində “A-Solutions Elektron Pul Təşkilatı” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq MMC 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilib.

İlahə Səlimova ödəniş təşkilatı vəzifəli şəxs cərimə "A-Solutions Elektron Pul Təşkilatı” MMC

Xəbər Lenti