Çərşənbə, 22 Aprel, 2026
Tarix: 22 Apr 2026 15:44
Bakı Metropoliteni xətlərində saat 12:00-dan etibarən 28 cüt qatar fəaliyyət göstərir.
Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni"dən məlumat verilib.
Qeyd olunub ki, yenilənmiş hərəkət intervallarına əsasən, “Əhmədli–28 May” istiqamətində interval 2 dəqiqə 30 saniyədən 2 dəqiqə 8 saniyəyə endirilib. “28 May–Dərnəgül” və “28 May–İçərişəhər” istiqamətlərində isə intervallar 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyədək azaldılıb.
Hazırda qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam etdirilir.
Digər istiqamətlər üzrə hərəkət cədvəlləri:
https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveliİlahə Səlimova metro interval