Çərşənbə axşamı, 15 Sentyabr, 2026
Tarix: 14 Sep 2026 22:47
Türkiyənin ilk Ay missiyası çərçivəsində hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiyası tamamlanıb.
APA xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır məlumat verib.
Təxminən 3,5 ton ağırlığında olan aparat sistem səviyyəsində ekoloji testlər üçün TUSAŞ-a göndərilib.
Testlər başa çatdıqdan sonra aparatın ABŞ-dakı Kennedi Kosmik Mərkəzinə göndərilməsi və hava, meydan və orbit şərtləri uyğun olduğu halda 2027-ci ilin ilk aylarında kosmosa buraxılması planlaşdırılır.
Aparatın 80 faizdən çoxunun yerli imkanlarla hazırlandığı və missiyanın uğurla başa çatacağı təqdirdə Türkiyənin Ay missiyası həyata keçirən 9-cu ölkə olacağı bildirilir.
Dəryanur Cəfərova Ay Türkiyə missiya
Mənbə: apa.az