Bazar ertəsi, 14 Sentyabr, 2026
Tarix: 14 Sep 2026 20:34
Ukrayna Rusiya ilə kritik infrastruktura zərbələrin dayandırılması barədə razılaşmaya hazırdır.
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenski qeyd edib ki, bunun üçün tərəfdaşlar Rusiyanın belə bir razılaşmaya əməl etməsini təmin etməlidir.
Zelenskinin sözlərinə görə, ərzaq, enerji və insanların normal həyatını təmin edən digər əsas infrastruktur obyektləri qorunmalıdır.
O, həmçinin qeyd edib ki, Rusiya hər gün Ukraynanın enerji obyektlərini, liman infrastrukturunu, logistika mərkəzlərini, ərzaq və dərman anbarlarını hədəfə alır.
Prezident onu da bildirib ki, əgər tərəfdaşlar Rusiyanın Ukraynanın enerji və digər kritik infrastrukturuna, eləcə də ərzaq daşımalarına zərbələr endirməməsini təmin edə bilsələr, Kiyev də buna qarşılıq olaraq öz zərbələrini dayandırmağa hazırdır.
Zelenski razılaşmanın etibarlı, uzunmüddətli və insanların həyatına real təsir göstərən mexanizm olmalı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, kritik infrastruktura qarşı zərbələrin dayandırılması müharibənin başa çatdırılması istiqamətində ilk addım ola bilər.
Zelenski Ukrayna Rusiya
Mənbə: apa.az