Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş başa çatıb - FOTO - YENİLƏNİB

Tarix: 17 Feb 2026 21:17

Cenevrədə ABŞ, Rusiya və Ukrayna arasında gedən danışıqlar başa çatıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, danışıqlar dörd saatdan çox davam edib.

***

16:59

Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş başlayıb.

APA xəbər verir ki, Ukrayna üzrə üçtərəfli danışıqlar “Inter Continental” mehmanxanasında keçirilir.

Danışıqların iki gün davam edəcəyi gözlənilir.

Qeyd edək ki, bu görüşə qədər Əbu-Dabidə üçtərəfli formatda danışıqların iki raundu keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub.

Cenevrədə isə daha geniş mövzularda danışıq aparılması planlaşdırılır. Xüsusilə ərazi məsələsi danışıqların əsas mövzularından biri olacaq.

İlqar Xudiyev Ukrayna üzrə üçtərəfli danışıqlar Cenevrə

Xəbər Lenti