Səudiyyə Ərəbistanı Yəmənə aviasiya zərbələri endirib

Səudiyyə Ərəbistanı Yəmənə aviasiya zərbələri endirib

Tarix: 15 Sep 2026 01:31

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin şimalındakı Səada əyalətində husilərin nəzarətində olan ərazilərə yeddi zərbə endirib.

APA xəbər verir ki, bu barədə Husilərə yaxın SABA agentliyi məlumat yayıb.

Məlumata görə, zərbələrdən ikisi əyalətin inzibati mərkəzi olan Səada şəhərinin cənubuna endirilib.

"Ənsar Allah" hərəkatının sözçüsü Yəhya Səriya bildirib ki, husilər Səudiyyə aviasiyasına qarşı yerli istehsal olan zenit raketlərindən istifadə ediblər.

Onun iddiasına görə, Səadaya hücumda "Typhoon" və F-15 qırıcılarından istifadə olunub.

Səudiyyə Ərəbistanı Yəmən

Mənbə: apa.az

Xəbər Lenti